20 günlük körpədə şok əməliyyat - Yumurtalığında böyük kista var imiş

  • 2018.03.12 13:55
  • 18493 Baxış
20 günlük körpədə şok əməliyyat -  Yumurtalığında böyük kista var imiş
Yeni doğulan 20 günlük körpənin yumurtalığında nəhəng ölçülü kista aşkar edilib. 3 kq çəkisi olan qız uşağının qarın boşluğundakı böyük ölçülü törəmə (şiş) diaqnozu ilə körpənin valideynləri həkimə müraciət edib.


Medicina.az xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib.


Həkimin sözlərinə görə, aparılan müayinələr nəticəsində körpənin sol yumurtalığında təqribən 10-12 sm ölçüdə kista təsbit edilib.


"Gözləmək təhlükəli idi, çünki nəhəng ölçülü kista uşağın yumurtalığını buraraq yumurtalığını itirməsinə səbəb ola bilərdi.


Uşağın yaşını, anesteziya risklərini, kistanın böyüklüyünü, həm də ailənin istəyini nəzərə alaraq açıq cərrahi əməliyyat qərarı verildi.


Cərrahi əməliyyat zamanı kistanın içərisindən təqribən 100-150 ml maye boşaldıldı, yumurtalıq qorunaraq kista çıxarıldı”, - deyə Hüseynov qeyd edib.


Həkim, körpənin vəziyyətinin yaxşı və hazırda evlərində olduğunu söyləyib.
20 günlük körpədə şok əməliyyat -  Yumurtalığında böyük kista var imiş