2 saat ərzində çatdırsalar, yerinə tikirik- “Laqunda” ilə kəsilmiş əl-ayağı amputasiyasız bərpa edən cərrah-Video

  • 2018.10.04 16:49
  • 24385 Baxış
 2 saat ərzində çatdırsalar, yerinə tikirik-  “Laqunda” ilə kəsilmiş əl-ayağı amputasiyasız bərpa edən cərrah-Video
Dünyada hər il yüzlərlə kişi müxtəlif kəsici mişarlar, texniki avadanlıq, iş alətləri ilə iş zamanı ehtiyatsızlıqdan əllərini, ayaqlarını kəsir, bəzən tamam itirir. Azərbaycanda daha çox "laqunda” ilə işləyən ustaların əlini maşın qəfildən aparır. Əvvəllər belə xəstələrin çoxu qan itirməni dayandırmaq üçün kəsilmiş nahiyədən amputasiya olunurdular. Çoxunun isə sonradan həmin əli işləmirdi.


Medicina.az xəbər verir ki, Azərbaycanda travmatoloq ortoped Sənan Aşirov qəzalarda və kəsici alətlərlərlə əl-ayağı dibindən kəsilmiş xəstələr üzərində möcüzə əməliyyatlar icra edir. Həkim belə xəstələrin xilas olma şansının nədən asılı olmasını açıqlayıb:


" Əgər əlin və ya ayaq pəncəsinin tam qopması baş veribsə, həmin nahiyə buz içində olmaqla xəstə ilə birgə 2 saatdan tez olaraq bizə çatmalıdır. 2 saatdan sonra həmin qopmuş hissə qanla qidalanmadığından ölür. Amma əgər laqunda və elektrikl mişarla kəsilibsə, biləyin üstündə 10 faiz də qalmış olsa, əsas qan damarlarının bir-ikisinin qalması sayəsində qanla qidalanır.

 

O zaman da ən geci 3-4 saat ərzində çatdırılmalıdır. Həmin əli əməliyyatla xilas edirik. Məsləhət görərdim ki, belə yaralanmalar zamanı təcili yardım gözləyib, ya özləri sarıyıb, həkim gözləyərək vaxt itirməkdənsə, yaralını dərhal klinikaya gətirsinlər.

 



 

 

İl ərzində belə əməliyyatlar çox edirik. Bir gənc kişinin avtomobil qəzasında ayağı tamam qopmuşdu əməliyyat edib tikdik, birinin də əlini laqonda 80% kəsmişdi. Onu da Gəncədən gətirib çatdırdılar. Videoda gördüyünüz kimi əməliyyatdan sonra əlin hərəkəti tam bərpa olunub”. 


Həkim mişarla və aparatla əlini kəsən insanlara digər cərrahlar amputasiya desə də müraciət edib, əməliyyatla bərpa şansını sınamağı məsləhət gördü. Amputasiya son olaraq verilən qərardır. 


Əməliyyatdan Videoları təqdim edirik

 







 2 saat ərzində çatdırsalar, yerinə tikirik-  “Laqunda” ilə kəsilmiş əl-ayağı amputasiyasız bərpa edən cərrah-Video