18 aylıq uşağın qida borusundan qəpik çıxarıldı - VİDEO

  • 2018.06.22 10:16
  • 24240 Baxış
18 aylıq uşağın qida borusundan qəpik çıxarıldı -  VİDEO
Bakıda 18 aylıq uşaq 10 qəpik pulu udub. Həkimlərin vaxtında müdaxiləsi uşağı böyük riskdən xilas edib.

 

Medicina.az xəbər verir ki,  hadisə dünən Bakı şəhərində baş verib. Valideyn diqqətsizliyi az qalsın uşağın ölümünə səbəb olacaqdı. Ani bir diqqətsizlik yaş yarımlıq uşağın qəpik udmasına gətirib çıxarıb.


Heç bir zədələmə olmadan həkim tərəfindən həmin qəpik qida borusundan çıxarılıb.


Həkim Habil Hüseynovun sözlərinə görə, xüsusən 2-3 yaş altı uşaqlar yad cismlərdən maksimum şəkildə qorunmalıdır. Çünkü bu yaş qurupu uşaqlar əşyaları daha çox dodaqları ilə hiss etməyə çalışırlar.