16-20 yaşda ana olan qadınlar tez qocalır – Erkən menopauza təhlükəsi

  • 2018.06.13 18:10
  • 12098 Baxış
16-20  yaşda ana olan qadınlar tez qocalır –  Erkən menopauza təhlükəsi
Havay Universitetinin əməkdaşları bir neçə illik araşdırmalarının nəticəsini elan edib: əgər qadın 20 yaşa kimi ana olursa, onun orqanizmində tez qocalmaq mexanizmi işə düşür. 

Bu araşdırmada 20 ölkədən 150 qadının məlumatları araşdırılıb.

 

Medicina.az xəbər verir ki, 20-21 yaşına kimi doğum etmiş qadınlarda erkəm menopauzaya girmə riski 43% artır. Erkən doğum etmiş və gənc yaşlarından aborta məruz qalmış qadınların əksəriyyəti histerektomiya – uşaqlığın çıxarılması əməliyyatına daha çox məruz qalıb. 


Həmçinin bu araşdırma göstərib ki, kasıb ölkələrdə qadınlar daha tez ana olduqları üçün burda menopauza 45-47 yaşından başlayır, amma inkişaf etmiş ölkələrdə orta hədd 55-57-dir. 


Eləcə də uşaq və yeniyetməlik dövründə güclü psixi travma alan qızlar da erkən menopauza ilə üzləşir.

Ekspertlər qadın üçün ana olmaq yaşının 23-dən sonra başlamasını ideal hesab edir.