147 il yaşadı - Uzunömürlüyün sirri/FOTO

  • 2018.01.09 10:16
  • 13420 Baxış
147 il yaşadı -  Uzunömürlüyün sirri/FOTO
Ötən həftənin sonunda Səudiyyə Ərəbistanında yaşayan uzunömürlü Əli əl-Əlakami 147 yaşında dünyasını dəyişib. 


Medicina.az moderator.az-a istinadən xəbər verir ki, bu  haqda "Əl-Ərəbiyə” nəşri xəbər yayıb.. Qocaman ərəbin qohumu Yəhya əl-Əlakaminin sözlərnə görə, Şeyx Əli bütün ömrü boyu öz əlləri ilə yetişdirdiyi məhsullarla qidalanıb. Bayram, şənlik süfrələrindən qaçar və dükandan alınan ərzaqlardan imtina edərmiş. 

 


"Şeyx heç bir zaman Quran oxumağı tərk etmədi. O,  avtomobillə yol getməkdən imtina edər və piyada getməyə üstünlük verərdi”- deyə Yəhya jurnalistə söyləyib.  Şeyx Əli hətta  müqəddəs şəhərdən 300 kilometr uzaqda yerləşən Bax şəhərindəki evindən Məkkəyə- Həcc ziyarətinə piyada gedirdi.

Ölümündən öncə 147 yaşlı müsəlman kişi  gözəl bir həyat yaşadığını söyləyirdi. 


"İndi vəziyyət və insanlar çox dəyişib, mənim həmyaşıdlarımdan heç kəs qalmayıb. Odur ki,  məni əhatə edən insanlar arasında  özümü tənha hiss edirəm”, -  deyə Şeyx Əli şikayətlənib. 

 

147 il yaşadı -  Uzunömürlüyün sirri/FOTO