BölmələrRU
Xidmətlər
 

14 həftə qabıqlı çərəzlərdən yedilər - Spermanın keyfiyyət göstəricisi dəyişdi

Dünyada hər 7 cütlükdən biri sonsuzluq problemi yaşayır.

Medicina.az xəbər verir ki, bu qənaətə ingiltərəli alimlər gəliblər. Onların sözlərinə görə, sonsuzluq problemləri 40-50 faiz hallarda kişilərdən qaynaqlanır. 

Qərbdə kişilərin spermasının keyfiyyəti hava çirklənməsi, siqaret və qeyri-sağlam qidalanma səbəbindən aşağı olur. Məhz bu səbəbdən elm adamları onun keyfiyyətini artırma yolları üzərində tədqiqatlar aparırlar.

Son araşdırmada alimlər 18-35 yaş aralığındakı 119 sağlam kişini 2 qrupa ayırıb. 

Brinci qrupun yediklərinə hər gün 60 qram qabıqlı halda olan çərəzlərdən (qoz, fındıq, badam, fıstıq, şabalıd və s.) əlavə edilib. 

İkinci qrup isə çərəz xaricində birinci qrupun yediklərindən yeyib.

14 həftə sonra çərəz yeyən qrupdakı kişilərin spermalarının miqdarının 14 faiz, canlılığının 4 faiz, hərəkətliliyinin 6 faiz artdığı müşahidə olunub. 

Dünya Səhiyyə Təşkilatı sperma keyfiyyətini ölçərkən bu göstəriciləri əsas götürür.

Mütəxəssislər araşdırmanın sonsuzluq problemi yaşayan kişilər üzərində keçərli olub-olmadığına dair konkret fikirə sahib olmadıqlarını da açıqlayıblar.

Medicina.az