13 yaşlı qız ölümü ilə 15 nəfərin həyatını xilas etdi – Həkimlər şokda idi

  • 2018.06.01 16:50
  • 14803 Baxış
13 yaşlı qız ölümü ilə 15 nəfərin həyatını xilas etdi –  Həkimlər şokda idi

İngiltərəli 13 yaşlı Şarlotta bu ilin 10 may tarixində qlioblastoma – beynin bədxassəli şişi diaqnozu ilə həyatını itirdi. Qız diaqnoz qoyulandan sonra cəmi 6 həftə yaşadı. 


Medicina.az xəbər verir ki, bu müddət ərzində o könüllü olaraq ölümündən sonra orqanlarının donor materialı kimi istifadə olunmasına razılır verməyə fürsət tapıb. 


Qızın anasının sözlərinə görə, qızı özü getsə də, bu yolla digər insanlara yaşama şansı verməyi çox istədi. Qızımın orqanlarının başqalarında yaşaması bizə onun ölümündən sonra dayanmamız üçün güc verir.


Qızın ürəyi, böyrəkləri, mədəaltı vəzisi, dərisi, göz qişası və s kimi orqan və toxumaları 15 nəfərdə istifadə olunacaq. 


Həkimlər qızın bu qərarından şoka düşüblər. Onlar valideynlərə uşaqlarla donorluq barədə söhbətlər etməyi və bu işi təbliğ etməyi məsləhət görür. Əgər hər pasiyent ölümündən öncə bu qərarı verərsə, yüzlərlə insan xilas etmək olar.