BölmələrRU
Xidmətlər
 

13 uğursuz süni mayalanma cəhdindən sonra oğul sahibi oldular - Türkiyəni heyrətləndirən həkim Bakıya gəlir

Türkiyədə 10 ildir, evli olan cütlük 13 dəfə uğursuz süni mayalanmadan sonra övlad sahibi olub.

Medicina.az xəbər verir ki, valideyn olma cəhdləri uğursuz olan Dinçe ailəsi son çarə olaraq LİV Hospitalda süni mayalanma üzrə uzman həkim Dəniz Gökalpın qəbulunda olub. 

Türkiyədə Dürçe ailəsi illərdir övlad sahibi olmaq üçün müxtəlif klinikalarda müalicələr və süni mayalanma proseduru etdirdilər. 

Müayinə olunan cütlükdə yumurta sayının yetərli olduğu aşkar edilib. Lakin uzman fərqli bir metodla cütlükdə süni mayalanma proseduru həyata keçirib və Zahide Dinçe adlı xanım hamilə qalıb. Dinçe cütlüyünün 3 kq 300 qr çəkidə oğlan övladları olub. 

Oğluna Yağız adı qoyan Z. Dinçe bu barədə danışarkən sevinc göz yaşlarını saxlaya bilməyib: "10 il həm maddi, həm mənəvi olaraq çox əziyyətlər çəkdik. Hələ də inana bilmirik ki, qucağımızda övladımız var”.

14-cü süni mayalanmanın uğurlu alınma səbəbindən danışan həkim Gökalp əvvəllər istifadə olunan embrionlarda genetik qüsur olduğunu deyib: "Biz embrionlarda problem olduğunu düşünürdük. 13 cəhdin hər birində istifadə olunan embrionlarda genetik olaraq qüsur var idi. Görünür, əvvəlki laboratoriyada yaxşı böyümüş və gözə gözəl görünən embrionlar istifadə olunub. Biz isə əldə olunan bütün embrionları 5 dəfə böyüdüb hərəsindən 6-7 hüceyrə götürdük, hüceyrələri yeni generasion genetik skrininqdən keçirdik. Tam sağlam olduğu təsdiq olunan tək embrionu pasiyentə transfer etdik və ilk cəhddə də uğurlu alındı”.

Həkim süni mayalanmada embrionun genetik olaraq incələnməsinin vacib olduğunu bildirib. 
 
Diqqət: süni mayalanma cəhdləri uğursuz olan cütlüklər uzman həkim Dəniz Gökalpın Bakıda qəbuluna yazıla bilər. Cəmi 2 gün - 15-16 mart tarixlərində Bakıda olacaq həkimin qəbuluna əllərində hazır müayinə kağızları olanlar yazıla bilər.

Telefon: +90 554 871 05 92