120 milyon insan kor qalacaq - Alimlərdən ŞOK araşdırma

  • 2017.08.07 17:54
  • 21199 Baxış
120 milyon insan kor qalacaq -  Alimlərdən ŞOK araşdırma
2050-ci ilə kimi dünyada tam kor insanların sayı 3 dəfə artaraq 120 milyona çatacaq. 


Bakutibb-in xəbərinə görə, bu barədə Global Health məlumat yayıb. Saytın yazdığına görə, hər 5 ildə görmə qabiliyyəti korluq dərəcəsinə kimi zəifləyənlərin sayı 2 dəfə artır. Gələcəyin ən böyük problemlərindən biri sayılan görmə qabiliyyətinin itirilməsi ilk olaraq planetin ən kasıb, üçüncü dərəcəli ölkələrində yayılacaq.


118 ölkədə aparılan statistik araşdırmalar göstərir ki, Cənubi Asiya və Afrikada daha çox insan bu xəstəlikdən əziyyət çəkir. Hazırda 250 milyon insan pis və həddən artıq pis görmə ilə yaşayır. 2050-ci ildə bu rəqəm 550 milyon olacaq. 


Araşdırmalar göstəriri ki, görmə problemi ilə doğulan uşaqların da sayı kəskin artmaqdadır. 

Alimlər deyir ki, hər kəsin xərçəngin müalicəsini tapmağa səfərbər olduğu bir vaxtda bu kimi həssas məqam diqqətdən kənarda qalır. Görmənin itirilməsi, azalması və zəif görən insanların artmasının səbəbləri isə olduqca dərindir.


Aygün