12 yaşlı oğlunu sarkoma xərçəngindən xilas edən həkim qadının müalicə sxemi – 4-cü dərəcəli, metastazlı şişlə mübarizə

  • 2018.10.17 19:07
  • 27783 Baxış
12 yaşlı oğlunu sarkoma xərçəngindən xilas edən həkim qadının müalicə sxemi –  4-cü dərəcəli, metastazlı şişlə mübarizə
Bu möcüzə qadın, özü həkim stomatoloq olan Olqa Mixaylovnanın  12 yaşlı oğlu ilə birgə onurğa beynin sarkoması ilə mübarizəsi bir çox xəstələrə stimul ola bilər.

 

Medicina.az xəbər verir ki, uşağa diaqnoz qoyulanda artıq beyinə metastaz vermişdi. Şiş onurğa və baş beyində eyni vaxtda olduğundan əməliyyatdan imtina olundu, yalnız müalicə, kimyaterapiya. Bunlarla isə cəmi 15 gün vaxt qoyulmuşdu. 


"İlyanı xilas etmək üçün TAnrıdan və özümdən başqa bir kömək görmürdüm. Uşaq arıqlayıb 40 kq olmuş, gəzə bilmirdi. Ağrılar da var idi. Mən cəmi bir gecəyə sona kimi mübarizə aparacağıma qərar verib, bütün bilik, bacarıq və informasiyalara səfərbər oldum. 


Əvvəlcə təmizləyici imalələrdən başladıq. 2 litr suya çuğundur suyu və 1 qaşıq limon suyu qatıb, gündə 1-2 dəfə imalə etdim. Bədəndə güclü intoksikasiya getdiyindən və bu zəhərlər daha çox bağırsaqlarda toplandığından bu üsulun işə yarayacağını bilirdim. 12 gün imalələr davam etdi, bu günlərdə İlya heç nə yemirdi: yalnız su. 


Daha sonra yavaş-yavaş yarım stəkan təzə portağal şirəsi, alma, sonra suda bişmiş kartofa keçdim. 

20 gün keçdi, oğlum sağ idi. Sonrakı 2 ayda o zülalsız qidalandı: yalnız təzə tərəvəz, meyvə, şirələr, tərəvəzləri bitki yağında bişirirdim. Uşaq çəki yığmağa başladı. 


Müayinə olunanda, başdakı şişin azaldığını, yalnız ödem qaldığını gördük. Uşaq özünü daha yaxşı, enerjili hiss edir, əhvalı düzəlirdi. Bir iki dəfə bişmiş yemək verdim, amma orqanizmi götürmədi. Biz 2 il beləcə davam etdik. İndi 78 kiloqram olub. Bütün şişlər, ödemlər, toksinlər gedib. 

Oğlum universitetə hazırlaşdı, daxil oldu. İndi ona baxanda heç kim bilmir ki, 2 il əvvəl ölürdü”. 


Bundan sonra Olqa Mixaylovna bu metodla digər xərçəng xəstələrinə də kömək edib. 

 

 



Onun xüsusi məsləhətləri bunlardır:

 


-Elə ki, diaqnoz qoyuldu, həkimlər nə deyirsə desin, siz dərhal zülal tərkibli qidalardan imtina edirsiz: ət, yumurta, süd, paxlalıar, balıq, toyuq olmaz. 

-- Bütün mövcud tərəvəz, meyvələrdən alıb yalnız çiy halda qəbul edirsiz. 

-Bu üsulla 2 il, daha yaxşı olar 5 il qidalanasız ki, residiv olmasın


-Gündəlik menyunuzda bu ərzaqlar ola bilər: noxud, lobya, kartof, kələm, cəfəri, badımcan, pomidor – istəsəz buxarda, azca bitki yağı gəzdirməklə bişirə bilərsiz

-Alma, limon, portağal, kök, çuğundur şirələri

-Bal

-Bitki çayları


-Dəniz duzu

-Təmiz soyuq sıxma zeytun yağı


Olmaz:


-Çay, qəhvə, paxlalılar, çörək, un, makaron, şirniyyat, heyvan mənşəli yağlar, bulyonlar, şəkər, balıqlar, süd məhsulları, pendir, yumurta, göbələk, adi xörək duzu, tərkibində konservant olan istənilən qidalar, içki, siqaret, mənşəyi məlum olmayan su


-Eləcə də hər gün kontrastlı duş qəbul edib, açıq havada çox gəzmək lazımdır.

12 yaşlı oğlunu sarkoma xərçəngindən xilas edən həkim qadının müalicə sxemi –  4-cü dərəcəli, metastazlı şişlə mübarizə