12-14 mm-lik “qrijalar”ı əməliyyatsız “yoxa çıxardıq” - Onurğa xəstəliklərində yeni metodlar

  • 2018.02.10 18:02
  • 74279 Baxış
12-14 mm-lik “qrijalar”ı əməliyyatsız “yoxa çıxardıq” -   Onurğa xəstəliklərində yeni metodlar
Dünyada yırtığın ölçüsünə yox, stenozun dərəcəsinə diqqət yetirilir


Onurğa sütununda fəqərələrarası yırtıq (qrıja) nə ölçüdə olursa-olsun, sizi qorxutmasın. Əməliyyat barədə düşünürsüzsə, tələsməyin. Çünki onurğa yırtıqlarında əməliyyat da çıxış yolu deyil. 


Azərbaycanda 9-12-14 mm-lik, daha böyük ölçülü onurğa yırtıqlarını əməliyyatsız müalicə edən klinika və onun fizioterapevtik şöbəsi mövcuddur. 

Medicina.az Bioloji Təbabət klinikasının fizioterapiya şöbəsinin rəhbəri Nuriyyə Əlibəyli ilə onurğa problemlərinin müalicəsi və reabilitasiyası haqqında müsahibəni təqdim edir:


-Nuriyyə xanım, sizin pasiyentlərinizin əvvəlki  və sonrakı vəziyyəti ilə bağlı arxiviniz var. Eşitmişik ki, sizin üçün onurğa sütunundakı disklər arası yırtığın ölçüsünün heç bir əhəmiyyəti yoxdur: çox uğurlu nəticələr əldə edirsiniz. Belə olan halda kimlər müraciət edə bilər, kimləri müalicəyə almırsınız?


-Ümumiyyətlə, hazırda dünyada MRT müayinəsinin nəticəsində onurğanın yırtığının olub-olmaması, bir də stenoz verib-verməməsi yazılır. Heç yırtığın ölçüsü göstərilmir. Çünki onurğa yırtıqlarında əsas problem stenoz-onurğa kanalının daralmasıdır. Fəqərələrarası disklər – travma, ostexondroz, onurğanın mübadilə proseslərinin pozulması nəticəsində nazilir, fibroz həlqə cırılır. Bəzən elə böyük yırtıqlar olur ki, xəstəyə ağrı, narahatlıq vermir. Bəzən 2 mm yırtıq dəhşətli ağrı verir. Ağrı yırtığın sinir kökcüyünü harda nə dərəcədə sıxmasından asılıdır. İndi biz də əsas bu prizmadan yanaşırıq. 

Əgər onurğa kanalı tam stenoz olubsa, parez veribsə, onda müalicə çətinləşir. Bu halda əməliyyat göstərişdir. 


Bizim fizioterapiya şöbəsi 2 halda xəstəni müalicəyə götürməyə bilər: kiçik çanaq orqanlarının funksiyanın pozulmaları, yəni xəstədə sidik və nəcisə getmə aktı pozulur. Bir də tam stenoz hallarında. Qalan heç bir halda, hətta onurğa yırtığı çox böyük olsa da, əməliyyata göstəriş yoxdur. 


Onurğasında problem olan xəstə yalnız şiddətli ağrılar başlayandan sonra həkimə üz tutur. Bel nahiyəsində olan yırtıqlar ayaqlara, boyun nahiyəsində olan yırtıqlar qollara ağrı verir. Keyimə, uyuşma, yanğı, sancmalar kimi ağrılar getdikcə şiddətlənir. MRT müayinəsi etdirərək, kanalın vəziyyətinə, sinir köklərinin sıxılması dərəcəsinə baxırıq. Və xəstəyə başa salırıq ki, bu müalicə səbr və vaxt tələb edir. İllərlə yığılan problemi bir anda həll etmək olmur. Hər orqanizm də fərqlidir. Bəzən eyni problemlə gələn xəstədə 10 günə yaxşılaşma olur, digərində 20 günə. Ümumiyyətlə, müalicə fərdi seçilir və 8-10 həftəlik müalicə kursuna başlanılır. 


-Bu kurs müalicə nələri əhatə edir? Xəstəyə nə kimi prosedurlar edirsiniz? 


-Əsas fizioterapiya müalicəmiz elektrotepiya və reabilitasiya istiqamətində aparılır. Elektroterapiya klinikamızda ən müasir, yeni Almaniya avadanlıqları ilə aparılır: ultrasəs müalicə, vakkuum, maqnit terapiya, lazer terapiya, elektormiostimulyasiya, limfadremaj, zərbə dalğası və s. Müalicənin başlanğıcında əsas məqsəd əzələ spazmlarını və ağrıları götürmək, qan dövranı pozğunluğunu bərpa etmək, ödemi yox etməkdir. 

Reabilitasiya mərhələsində - itirilmiş funksiyanın bərpası üçün müalicəvi idman və massaj olunur. 


Burda da əsas hədəf əzələ zəifliyini aradan qaldırmaqdır. Çünki bir insanın əzələ korseti zəifdirsə, əzələnin birtərəfli əyilmə hesabına ümumi onurğada dəyişikliklər başlayır və mütləq ostexondroz, fəqərəarası yırtıqlar yaranacaq. Güclü əzələlər isə uşaqlıqdan formalaşır. Uşağın əzələsi daim möhkəmləndirilməlidir. Oturaq həyata meyillik ümumi millət olaraq bizim faciəmizdir. Dayaq hərəkət sisteminin xəstəlikləri epidemiya halına keçib və əsrin bəlasıdır. 


10-15 günlük xəstəxanada olunan kursdan sonra xəstəyə ev üçün proqram verilir. Xəstə mütləq buna riayət etməlidir. 


-Bəs hər hansı cərrahın təkidilə əməliyyat olunan xəstələr necə, onurğa sinir ağrısından qurtulurmu? Onların sonrakı taleyi necə olur?


-Bəli, təəssüf ki, əməliyyata göstərişi olmayan, fizioterapiya ilə düzələ biləcək insanlar əməliyyat olunub. Əvvəllər daha çox əməliyyat dəbdə idi. Son zamanlar Türkiyədə oxuyub gəlmiş cərrahlar heç xavt xəstəni birbaşa əməlliyyata götürmürlər. Nə qədər ağrı olsa da, nə qədər böyük yırtıq olsa da xəstə birinci fizioterapiyaya göndərilir. Əgər fizioterapiyaya tabe olmursa, əməliyyata göstəriş yaranır.

Bizə əməliyyatdan sonra da xəstələr müraciət edir. Çünki bu xəstələrə də reabilitasiya lazımdır. Təcrübəmizdə parez vermiş xəstəmiz olub ki, əməliyyat olsa da faydası olmayıb. O pasiyent ara-sıra fizioterapiya kursu alır ki, ağırlaşma olmasın. Bu insanlar ömür boyu ildə 1-2 kurs götürməlidirlər. Artıq gecikmiş formalarda təəssüf ki, əməliyyat da yaxşı nəticə vermir. 


-Bioloji klinikanın öz metodları, preparatları da var. Onurğa problemlərində bioloji müalicə metodunuz varmı, hansı ki, digər heç bir klinikada yoxdur və yalnız sizin sirrinizdir?


-Fizioterapiyada biotənzimləyici terapiya dedikdə akupunktura – iynəbatırma metodu ilə bioloji aktiv nöqtələrə biotənzimləyici preparatların yeridilməsini həyata keçiririk. Biz bilirik ki, onurğanın öz qan damarları yoxdur. Onun qidalanması onurğa ətrafı əzələlərdən diffuziya yolu ilə baş verir. Onurğa hərəkət etdikcə bu qidalanma olur. Əgər onurğa hərəkətsizdirsə, qidalanma pozulur. Ona görə hər kəs 1 saatdan bir sadə hərəkətlər etməlidir: beli sağa-sola çevirmək, boyun hərəkətləri, aşağı yuxarı əyilmək. 

Bizim klinikada orqanizmə vahid sistem kimi yanaşılır. Fizioetrapiyadan öncə mütləq drenaj detoksikasiya proseduru olunur. Çünki sağalma təmizlənmədən başlayır. Bizim sirrimiz budur: biz insanın öz immun sistemini işə salırıq, neyroendokrin sistemə təsir edirik. 


-Bu vaxta kimi təcrübənizdə ən yüksək nəticələr əldə edən pasiyent tarixçələrindən hansıları qeyd edə bilərsiniz?

-Bizim əlimizdə öncə-sonrakı çəkimlər var. 9-11-14 sm lik yırtıqları kiçiltmişik, bəzənsə tamam itib. Elə bu yaxında bir pasiyentimiz vardı, gələndə 2 nəfər qoluna girib gətirmişdi. Ailəsinin ümidi yox idi. Çünki olduqca çox xəstəxanalar gəzmişdilər. Bir ayağa verən işalgiya başlamışdı. 20 günlük kursdan sonra ağrıları azaldı, əvvəl çəliklə, sonra özü gəzməyə başladı. Heç kim inanmırdı ki, o xəstə ayağa qalxa bilər. Heç əməliyyatlıq da deyildi. 6 il əlil arabasında olan bir xəstəmiz də ayağa qalxdı. Ayaqyoluna, hamam özü gedə bilir. 

Belə hallara kimi gəlib çıxmamaq üçün 30- yaşdan sonra hər kəs ildə bir dəfə həkim müayinəsindən keçib, onurğa dayaq hərəkət aparatından xəbərdar olmalıdır. Diz oynaqlarında, bud-çanaqda artroz, iltihabi proses, əzələlərin mialgiyası adi qripdən sonra belə yarana bilər. 

Çox zaman ağrıları olan xəstələrə hormonal dərmanlar təyin edirlər. O dərmanlar ağrını kəsir, bu da xəstəni aldadır, arxayınlaşdırır. Sonda elə vəziyyətə çatır ki, o dərman belə kömək etmir. Hormonal terapiya belə xəstələrdə qətiyyən yolverilməzdir. Biz kimyəvi hormonal preparatlardan, korsetlərdən, əməliyyatlardan uzaq klinikayıq. Bizim klinikanın fərqi və üstünlüyü də budur. 

 

 

 


 

  Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

 

 


 


                    

12-14 mm-lik “qrijalar”ı əməliyyatsız “yoxa çıxardıq” -   Onurğa xəstəliklərində yeni metodlar