11 oktyabr Ümumdünya Görmə günüdür - Səyyar klinika Şəkidə olacaq

  • 2018.10.09 17:30
  • 8017 Baxış
11 oktyabr Ümumdünya Görmə günüdür -  Səyyar klinika Şəkidə olacaq
11 oktyabr Ümumdünya Görmə günüdür. Bu münasibətlə 11-12 oktyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Şəki şəhərində aksiya keçirəcək.

 

Medicina.az xəbər verir ki, Mərkəzin Dəmiryolu Səyyar Klinikası 2 gün davam edəcək tədbirdə pasientlərə könüllü qaydada tibbi xidmət göstərəcək.

 

Profilaktik məqsədlərlə həyata keçirilən tədbirdə Şəki sakinlərinin görmə qabiliyyətinin müayinə-müalicəsi təşkil ediləcək, səhhətlərinə dair problemlərin həllinə köməklik göstərmək, cərrahi əməliyyatlara ehtiyac duyulan vətəndaşların əməliyyatını icra etməkdir. Daha ciddi problemlərlərlə üzləşən və icrası çətin hesab edilən əməliyyatlar üçün isə pasientlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönlədiriləcək.


Dəmiryolu Səyyar Klinikasının növbəti aksiyası ölkənin dəmiryolu xətti üzrə bütün regionlara, o cümlədən Gürcüstan-Azərbaycan sərhədi ərazisinə yollanacaq. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir.


Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 dan artıq əməliyyat icra edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq kabinəsindən ibarətdir.


Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.