11 aylıq körpənin bədənindən 13 tikiş iynəsi çıxarıldı - 9 saatlıq əməliyyat

  • 2018.01.23 18:12
  • 19827 Baxış
11 aylıq körpənin  bədənindən 13 tikiş iynəsi çıxarıldı -  9 saatlıq əməliyyat
Fərqanə şəhərində sidiyə gedə bilmədiyinə görə xəstəxanaya gətirilən 11 aylıq körpəni rentgen edən həkimlər şoka düşüb.

 

Medicina.az xəbər verir ki, rentgen çəkimində uşağın orqanizminin müxtəlif yerlərində ilişib qalmış iynələr fiksə olunub. Uşaq təcili əməliyyata alınıb.

 

9 saat davam edən əməliyyat zamanı orqanizmdən 13 tikiş iynəsi çıxarılıb. Digər çətin yerdə qalan 3 iynə növbəti əməliyyatda çıxarılacaq. Uşağın anası bu iynələrin uşağın bədəninə necə düşdüyünü izah edə bilməyib.


Güman olunur ki, kimsə bilərəkdən iynələri körpənin bədəninə yeridib. 



 
11 aylıq körpənin  bədənindən 13 tikiş iynəsi çıxarıldı -  9 saatlıq əməliyyat