10 ildir komada yatan qadına təcavüz etdilər, uşaq doğdu...

  • 2019.01.13 22:25
  • 16273 Baxış
10 ildir komada yatan qadına təcavüz etdilər, uşaq doğdu...
Amerikada 10 ildir ki, komada olan 29 yaşlı qadın uşaq dünyaya gətirib.

 

Medicina.az xəbər verir ki, hadisə Feniks əyalətində Hakienda tibb müəssisəsində baş verib. Təcavüz faktı ilə bağlı cinayət işi açılıb. Xəstəxanın bütün kişi personalından qan DNT nümunəsi götürülüb.


Tibb Müəssisənin internet saytında şikayətlər arasında 2013-cü ildə yazılmış bir şərh diqqəti çəkib. İşləyənlərdən birinin 4 xəstə ilə bağlı erotik şərhləri müəyyən edildikdən sonra həmin şəxs işdən azad edilib. Həmin əməkdaşla bağlı istintaq işi davam etdirilir.

 

Yaşanılan hadisə tibb müəssisənin təhlükəsiz olmadığı məsələsini də gündəmə gətirib. Xəstəxana isə müdafiəsiz olan xəstələrlə bağlı təhlükəsizliyi artırdığını bildirib.