Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 ən maraqlı allergiya – Su, şokolad, alt paltarı, sperma...

  • 2019.04.16 11:47
  • 25584 Baxış
10 ən maraqlı allergiya –  Su, şokolad, alt paltarı, sperma...

Ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının, yəni kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s. təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Bəzi insanların allergiyaları isə ümumiyyətlə, istisna hallarda müşahidə olunur.


Medicina.az saytı onlardan bir qismini təqdim edir.


Ayaqqabı allergiyası:

 

Картинки по запросу chocolate eating woman

 

Müəyyən insanların ayaqlarında qaşıntı və yaxud dəridə suluq kimi problemlər meydana gəlir. Bu da bilavasitə ayaqqabıda olan kimyəvi maddələrdən olur. Bu tip insanlar ayaqqabılarını mütləq corabla geyinməlidir, əsla yalın ayaq olmaz.


Şokolad allergiyası: 


Bəzi adamlarda şokoladın tərkibində olam maddələrə həssaslıq olur. Bu zaman dəridə qaşıntı, qabarcıqlıq və yaxud eqzema kimi reaksiyalar baş verir. Bu insanlar mütləq şokolad tərkibli məhsullardan uzaq durmalıdır.


Günəş allergiyası: 

 

Картинки по запросу sunbathe


Günəş işıqları dəriyə təmas etdikdə müşahidə olunur. Günlü havada qeydə alınan ultra bənövşəyi şüalar dəriyə mənfi təsir edir. Bu tip allergiyalarda dəridə qızartı, qabarıqlıq, qaşıntı müşayiət olunur.


Soyuq allergiyası: 

 

Похожее изображение


Allergik reaksiyalara ən çox məhz soyuqdur. Belə ki, soyuq hava və soyuq su orqanizmə mənfi təsir edir. Soyuq havada hərəkət və yaxud aşağı temperatur olan suda çimmək, üzmək qan təzyiqinin anidən aşağı enməsinə səbəb olur


İdman allergiyası: 

 

Картинки по запросу idman azalı


Müəyyən müddət davam edən fiziki məşqlərdən sonra qida qəbul edən zaman yaranır. Bu zaman bədənin müxtəlif nahiyələrində qızartı qeydə alınır. Ən ağır vəziyyətdə isə anafilaktik şok müşahidə olunur.


Su allergiyası:

 

Картинки по запросу a person drinking water

 

Suya həssaslıq, çox nadir olan allergiya növüdür. Dünyada çox az sayda insanda müşahidə olunur. Həmin insanların dərisinə su təmas etdiyi andan etibarən qızartı və qıcıqlanma biruzə verir. Bəzi hallarda sözügedən insanlarda daha qorxulu nəticə verə bilir. Bu halda həmin insanlar daima həkim nəzarətində olmalıdır.

 

Sudan başqa bütün qidalara və içkilərə allergiya:

 

Bu mövzuda dünyada nümunə kimi tanınan avstraliyalı uşaq Kaleb Bussenschuttdur. Körpənin sadəcə suya, buza və bəlli bir marka adı altında satılan limonata allergiyası yoxdur. Bunlardan başqa, bütün qida vasitələrinə qarşı həssas olan balaca nə qida qəbul etsə, anında da qaytarır. Ona qida 20 saat davam edən proseslə mədəsinə zond vasitəsi verilir.


Texnologiya məhsullarına qarşı allergiya: 

 

Картинки по запросу phone playing


Miqren xəstəliyinə bənzər baş ağrıları, dəri reaksiyaları və bir çox allergiyalar məhz texnologiya məhsullarından istifadə etdikdən sonra qeydə alınır. Bura  hava feni, mikro dalğalı soba, mobil telefonlar və s texnoloji əşyalar da daxildir. Texnoloji vasitələrə həssaslıq son illərin geniş miqyasda yayılan allergiyalaındandır.


Alt paltarı allergiyası:


Sintetik və digər kimyəvi qatqıları olan parçalardan hazırlanan paltarla qarşı dəri həssaslığı əksəriyyət insanlarda müşahidə olunur. Xüsusi ilə alt paltarlarının cildə təmas edən hissələrində müxtəlif problemlərlə müşahidə olunur.


Sperma allergiyası:


Çox nadir hallarda müşahidə olunan allergiya növüdür. Bəzi qadınlarda cinsi əlaqədən sonra  narahatlıqlar meydana gəlir ki, bu da məhz allergiyadır. Lakin bir qisim kişilər də öz spermasına qarşı allergiyası olur. Qaşınma və yaxud qıcıqlanma kimi simptomlarla büruzə verir.

 

Ayna

Medicina.az
10 ən maraqlı allergiya –  Su, şokolad, alt paltarı, sperma...