10 dəqiqədə dadlı pişi bişirin – HAZIRLANMA QAYDASI

  • 2019.04.22 11:15
  • 19454 Baxış
10 dəqiqədə dadlı pişi bişirin –  HAZIRLANMA QAYDASI

Səhər yeməklərinin olmazsa olması dadlı pişilərdir.  Süfrənizi daha da ləzzətləndirmək üçün mütləq bu resepti sınayın. Üstəlik, cəmi 10 dəqiqə vaxtınızı alacaq. 


Medicina.az səhər yeməyi üçün dadlı bulkaların hazırlanma qaydasını təqdim edir.


Mayasız pişiləri damaq dadınız uyğun olaraq cem, mürəbbə və ya pendirlə hazırlaya bilərsiniz.


Tərkibi 


1 ədəd yumurta


3 xörək qaşığı yoğurt


1 çay qaşığı duz


1 stəkan ilıq su


Yarım paket qabartma tozu


Yumuşaq xəmir olanadək un


Hazırlanma qaydası


İlk olaraq yumurta, su və yoğurdu qarışdırın. Duz, qabartma tozu ilə unu da asta-asta əlavə edin. Yumşaq xəmir halına gələnə kimi qarışdırın. Biraz yoğurduqdan sonra xəmiri iki hissəyə ayırın. Kündələri incə lavaş olana kimi yayın. Daha sonra çay stəkanının ağzı ilə kəsin, içinə cem qoyub bükün. Tavaya yağ əlavə edib, yaxşıca qızdırın.  Ehtiyatlı şəkildə altını-üstünü eyni qızardın. Bişəndən sonra kağızın üstünə yığın ki, yağı sovrulsun.


Nuş olsun!