1 yaşlı uşağın nəfəs borusundan tum çıxarıldı - "Çöpçüdən ümid kəsilincə..."/FOTO

  • 2018.05.07 14:20
  • 22189 Baxış
1 yaşlı uşağın nəfəs borusundan tum çıxarıldı  -  "Çöpçüdən ümid kəsilincə..."/FOTO
1 yaşlı uşağın nəfəs borusunda günəbaxan tumu qalıb.


 

Medicina.az xəbər verir ki, bu barədə Uşaq Cərrahiyəsi və Urologiya mütəxəssisi Fuad Hüseynov sosial şəbəkədə məlumat yayıb.


Həkimin sözlərinə görə, valideynlər uşaqda xırıltı, öskürək, təngnəfəslik müşahidə ediblər:


"Məlum olub ki, uşaq tumdan yemək istəyərkən onun boğazında qalıb. Təbii ki, ailə ilk növbədə "çöpçü”yə müraciət edib. Bir həftə ərzində tumu çıxartmaq mümkün olmayıb. "Çöpçü”dən ümidləri kəsildikdən sonra bizə müraciət ediblər. Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağın nəfəs borusunda yad cisim var. Uşaq təcili cərrahi əməliyyata alınıb. Bronxoskopiya edilərək, yəni işıqlı alətlə nəfəs borusuna girilərək günəbaxan tumu çıxarılıb. Uşaq 1 gün sonra tam sağlam evə yola salındı”, - deyə Hüseynov bildirib.

 

1 yaşlı uşağın nəfəs borusundan tum çıxarıldı  -  "Çöpçüdən ümid kəsilincə..."/FOTO
1 yaşlı uşağın nəfəs borusundan tum çıxarıldı  -  "Çöpçüdən ümid kəsilincə..."/FOTO