BölmələrRU
Xidmətlər
 

0-3 yaş arası körpələrə televizora baxmaq qadağandır – Ümümdünya Səhiyyə Təşkilatı


ÜST hər il olduğu kimi bu il də pediatrik hesabat və informativ bülletenində körpə və uşaqların televizora baxmaq üçün tələblərini bəyan edib:

Körpələr və erkən yaş dövrü -0 aylıqdan – 3 yaşa kimi - QADAĞANDIR

Məktəbəqədər yaş -3-7 yaş – sutkada 30 dəqiqə
İbtidai sinif dövrü – 7-10 yaş – 30-45 dəq gündə
Yuxarı siniflər – 1-3 saat gündə

Medicina.az xəbər verir ki, Səhiyyə təşkilatı körpələrin yemək yeyərkən planşetdə cizgi  filminə baxmasından narahatdır. Reallıqda 3-5 yaş arası uşaqların 90%-i gün ərzində televizor önündə 3-4 saat oturur. 

Məktəblilərin 90%-i günboyu bütün sərbəst vaxtını komputer və televizor qarşısında başa vurur. 
Azyaşlı uşaqlarda televizora çox baxmaq onlarda aqressivlik , hiperaktivlik yaradır, psixi sağlamlığına təhlükələr açır.
Bu uşaqlarda kriminal və xuliqanlıq əlamətlərini sezmək olur.

Televizorun uşaqlara fizioloji zərərləri:

-Görmə aparatı və qabiliyyətini pozur

-Beynin müxtəlif hissələrinin tam inkişafına mane olur
-Onurğa sütunu və qaməti pozulur
-Əzələ kütləsi tam inkişaf etmir
-İri və xırda motorika ilə problemlər yaşanır
-Hiperaktivlik 
-Nitqin qüsuru və gec inkişafı – son ildə 35%-ə kimi artıb
-Ətraf mühitə adaptasioya və ünsiyyətin zəifləməsi
 

Nə qədər çətin olsa da, övladlarınızı televizordan uzaq tutun.